Bu şəxslərin “WhatsApp”ına öz razılığı olmadan baxmağa icazə var 

15:22 - 18 Fevral 2026

Bu şəxslərin “WhatsApp”ına öz razılığı olmadan baxmağa icazə var 

Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur.


Manset.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

Qeyd edilib ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.

Xüsusi olaraq vurğulanıb ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.

Şəxsin “WhatsApp” yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az