Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.44 ABŞ dollar və ya 2.1% azalaraq 68,92 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün neftimiz 70,36 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.