Türkiyənin Osmaniye ərazisində mübahisədən sonra keçmiş həyat yoldaşını öldürən şəxs daha sonra intihar edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 33 yaşlı İlknur Koru tapança ilə öldürən 37 yaşlı Semih Öner eyni silahla özünü də öldürüb.
Hadisə səhər saatlarında Boğaziçi məhəlləsində baş verib. Semih Öner bu yaxınlarda boşandığı İlknur Korun evinə gedib. Səbəbi məlum olmayan mübahisə qızışıb və Semih Öner Koru tapança ilə vuraraq öldürüb.
Hadisə yerindən ayrıldıqdan sonra Öner Esentepe ərazisindəki boş bir torpaq sahəsinə gedib və eyni silahla özünü başına vurub. Silah səslərini eşidənlərin xəbərlərindən sonra hər iki yerə tibb və polis qrupları göndərilib. Qruplar həm Önerin, həm də Korun hadisə yerində öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma başlanılıb.