İlqar Mahmudov icra hakimiyyətinin 36 əməkdaşını işdən çıxardı

18:48 - 04 Mart 2026

İlqar Mahmudov icra hakimiyyətinin 36 əməkdaşını işdən çıxardı

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib.

Dəyişikliklə əlaqədar Quba Rayon İcra Hakimiyyətində 36 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Quba Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Qeyd edək ki, bundan əvvəl Ağsu, Tovuz və Cəlilabad icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar kütləvi ixtisarlar olmuşdu. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az