Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı

13:00 - 11 Mart 2026

Vasif Talıbovun yaxın adamına cinayət işi açıldı

"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri barədə cinayət işi başlanılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Nazim oğlu Tarverdiyev vəzifə cinayətlərində şübhəli bilinir.

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılır.

Qeyd edək ki, bu şirkətin vaxtilə Vasif Talıbovun ailəsinə məxsus olduğu bildirilən "Gəmiqaya Holdinq"lə əlaqəsi iddia olunur.

Belə ki, "MEST-1" və "MEST-3" MMC-lərin qanuni təmsilçisi Şakir Tarverdiyev eyni zamanda "Gəmiqaya Turizm" MMC-nin də qanuni təmsilçisidir.

Xatırladaq ki, "Gəmiqaya Holdinq"in adı bir müddət əvvəl "Arkoz Holdinq" olaraq dəyişdirilib. Hazırda isə ölkədə "Gəmiqaya" və "Arkoz" adları ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az