Talibandan dünyanı silkələyən QƏRAR

16:23 - 11 Mart 2026

Talibandan dünyanı silkələyən QƏRAR

Taliban hakimiyyəti Əfqanıstanda qadınların məktəblərə getməsinin daimi olaraq qadağan edildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2021-ci ildən etibarən qız uşaqlarının orta məktəb, lisey və universitet təhsili dayandıran hakimiyyət qadağanın müddətsiz olaraq davam edəcəyini bildirib. Beynəlxalq cəmiyyət isə qərara etiraz edib.

Bu açıqlama ölkədə qız uşaqlarının və qadınların təhsil haqqına dair verilən ən sərt qərarlardan biri olaraq qiymətləndirilir.

Qeyd edək ki, Taliban hakimiyyəti 2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə gəldikdən sonra qadınların təhsil və iş həyatına qatılmasını ciddi şəkildə məhdudlaşdıran bir çox qərar qəbul etmişdi. Əvvəlcə orta məktəb və lisey səviyyəsindəki qız şagirdlərinin məktəbə getməsi dayandırılıb, sonra isə universitetlərdə qadınların təhsil alması da qadağan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az