Moskva İstanbulu işarə etdi

16:03 - 11 Mart 2026

Moskva İstanbulu işarə etdi

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli üçün danışıqların İstanbulda keçirilə biləcəyini və bütün tərəflərin buna müsbət yanaşdığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Peskov paytaxt Moskva şəhərində jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Ukrayna böhranının həlli ilə bağlı yeni danışıqların İstanbulda keçirilməsi ehtimalını dəyərləndirən Peskov, "İstanbul seçimi də mövcuddur. Bütün tərəflər buna müsbət yanaşır. Hazırkı şərait Əbu Dabi seçimini qiymətləndirməyimizə imkan vermir. Yeni danışıqlar turu ilə bağlı hələ dəqiq bir qərar yoxdur. Lakin danışıqlar prosesinin davam etdiriləcəyi barədə ümumi bir anlayış mövcuddur", – deyə bildirib.

Ukrayna ordusunun dünən Bryansk şəhərinə etdiyi hücumda İngilis istehsalı olan "Storm Shadow" (Fırtına Kölgəsi) kruiyz raketlərinin istifadə edildiyini qeyd edən Peskov bunun ingilis mütəxəssislərinin dəstəyi ilə həyata keçirildiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az