Bu avtobusların hərəkət sxemi dəyişdirildi

21:50 - 24 Mart 2026

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 və 26 mart tarixlərində aidiyyəti qurum tərədindən Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar  nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. 


Manset.az xəbər verir ki, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək.

Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az