Esmira Qafarova komandası ilə birgə Moskvaya gedir

23:25 - 24 Mart 2026

Esmira Qafarova komandası ilə birgə Moskvaya gedir

“Qüsursuz Nitq” Psixologiya Mərkəzinin peşəkar komandası Moskva şəhərinə gedir. 


Manset.az xəbər verir ki, Esmira Qafarovanın rəhbərlik etdiyi “Qüsursuz Nitq” Psixologiya Mərkəzinin peşəkarlardan ibarət komandası Rusiyanın paytaxtı Moskvada müayinələr həyata keçirəcək. 

Müayinələr 20 illik iş təcrübəsinə malik defektoloq-loqoped Esmira Qafarova, peşəkar neyro-psixiatr Vüsal Əzimov və psixo-konsultant, defektoloq Aytən Aslanova tərəfindən aparılacaq. 

24-28 aprel tarixində Moskva şəhərində baş tutacaq müayinələrə testlərlə, həmçinin aparatlarla yoxlanış da daxil olacaq. 

Müayinələrə autizm, serebral iflic, kəkələmə, daun sindromu alaliya, afaziya, eşitmə qüsuru psixi-nitq inkişaf ləngiməsi, çeynəmə aktı və disfagiya xəstəliklərindən əziyyət çəkən Rusiyada yaşayan həmvətənlilərimiz, eləcə də Rusiya vətəndaşları müraciət edə bilər. 

Əlaqə: 050 662 88 33


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az