Qanunsuz saxlanılan 2 pulemyot - 15 tüfəng aşkar olundu

10:51 - 27 Mart 2026

Qanunsuz saxlanılan 2 pulemyot - 15 tüfəng aşkar olundu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 pulemyot, 1 tapança, 6 qumbara, 6 alışdırıcı, 15 tüfəng, 29 patron darağı və 1813 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az