Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
Manset.az Anews.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.