Milli Məclis yeni hakim təyinatlarını təsdiqlədi 

13:27 - 26 May 2026

Milli Məclis yeni hakim təyinatlarını təsdiqlədi 

Milli Məclis Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsini təsdiqləyib.


Manset.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilir.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilir.

Sənəd müzakirədən sonra səsverməyə qoyularaq qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az