Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Manset.az xəbər verir ki, bu vəzifəyə Leylan Nəsirova gətirilib.
L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.
O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb.
2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.