Böyük Kəsik stansiyası yenidən sərnişinləri qarşılamağa başlayıb.
Manset.az xəbər verir ki, 6 illik fasilədən sonra dünən yola çıxan Bakı–Tbilisi qatarının sərnişinləri stansiyanın ilk qonaqları olublar.
İllər sonra Böyük Kəsik yenidən səyahət həyəcanına, görüşlərə və yola salanların sevincinə şahidlik edir.