Xəbər verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramovun əmri ilə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cavid Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin kiçik qardaşıdır.
C.Paşayev ölkənin tanınmış həkimlərindən biridir.
O, 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
Qeyd edək ki, E. Paşayev 12 noyabr 2025-ci ildən Qax rayonunun icra başçısıdır. O, bu təyinatdan öncə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.