Səhər yeməyindən imtina bu xəstəliyə yol açır 

08:30 - 27 May 2026

Səhər yeməyindən imtina bu xəstəliyə yol açır 

Səhər yeməyindən imtina etmək sağlamlıq üçün ciddi problemlər yarada bilər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, uzun müddət ac qalmaq öd kisəsində xolesterinin kristallaşmasına və daşların əmələ gəlməsinə səbəb ola bilər. Bundan əlavə, bu vərdiş sidik turşusunun səviyyəsinin yüksəlməsi riskini də artırır.

Bildirilir ki, insan səhər yeməyini davamlı şəkildə buraxdıqda öd normal şəkildə ifraz olunmur. Nəticədə öd kisəsində xolesterin toplanaraq zamanla daşların yaranmasına gətirib çıxarır. Qeyd olunur ki, öd daşlarının böyük hissəsi məhz xolesterin mənşəli olur.

Mütəxəssislər xüsusilə sərt pəhrizlər, uzunmüddətli aclıq və nadir qidalanmanın birlikdə daha təhlükəli olduğunu vurğulayırlar. Bu hallarda həm öd daşı riski, həm də kəskin ağrı tutmalarının yaranma ehtimalı artır.

Sağlam qidalanma üçün gün ərzində 3-4 dəfə yemək, qidalar arasında uzun fasilələr verməmək və oyandıqdan sonra ilk saat ərzində səhər yeməyi qəbul etmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az