Alyona Əliyeva “Qüsursuz Nitq Psixologiya Mərkəzi”nin tədbirində - FOTOLAR

11:05 - 27 May 2026

Alyona Əliyeva “Qüsursuz Nitq Psixologiya Mərkəzi”nin tədbirində - FOTOLAR

Esmira Qafarova rəhbərlik etdiyi “Qüsursuz Nitq Psixologiya Mərkəzi” tərəfindən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində uşaqlar üçün xeyriyyə məqsədli master-klas təşkil olunub. 


Manset.az xəbər verir ki, tədbir uşaqların nitq bacarıqlarının inkişafı, psixoloji dəstəyin gücləndirilməsi və yaradıcılıq potensialının üzə çıxarılmasına həsr edilib.

Master-klas çərçivəsində uşaqlarla müxtəlif interaktiv məşğələlər keçirilib, onlara düzgün nitq vərdişləri, ünsiyyət bacarıqları və özünüifadə üsulları barədə məlumat verilib. Mütəxəssislər uşaqların sosial inkişafında psixoloji dəstəyin və sağlam ünsiyyətin vacibliyini xüsusi vurğulayıblar.

Xeyriyyə xarakterli tədbirdə Alyona Əliyeva da iştirak edib. O, uşaqlarla yaxından maraqlanaraq layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

Tədbirin əsas məqsədi uşaqların inkişafına dəstək olmaq, onların özünəinamını artırmaq və ünsiyyət bacarıqlarını daha da inkişaf etdirmək olub.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az