Şimal-qərb bölgəsində leysan yağışları olub, Qax və Şəkinin bəzi ərazilərinə dolu düşüb.
Manset.az xəbər verir ki, günün ikinci yarısı saat 16:30-dan başlayaraq ölkənin Şimal-qərb bölgəsinin Balakən rayonu istiqamətindən ölkə ərazisinə qeyri-sabit hava şəraiti daxil olub. Hava şəraitinin kəskin dəyişməsi səbəbilə bölgənin Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində leysan xarakterli yağış müşahidə olunub.
Bölgənin dağ çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Qax rayonunun Ağçay, İlisu və Sarıbaş kəndlərinin ərazilərinə və Şəki rayon mərkəzinin yuxarı hissəsinə dolu düşüb. Qaxın Ağçay kəndinin daxilindən axan çaydan qısamüddətli sel keçib. Bölgədə qeyr-sabit hava şəraiti davam edir.
Qəbələdə də küləklə müşayiət olunan güclü leysan və dolu düşərək fəsadlar yaradıb. Ani başlayan yağış küçələrdə keçilməz suyun yaranmasına səbəb olub, eləcə də dolu nəticəsində təsərrüfatlara ciddi ziyan dəyib.
Qəbələ güclü külək bəzi elektrik dirəklərinin aşmasına səbəb olub və hazırda Qəbələdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Dolu dənəciklərinin böyük olması həm ağaclara həm də avtomobillərə ciddi ziyan vurub. Qeyri sabit hava şəraiti hələdə davam edir.