Nizami rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri keçirildi - FOTOLAR

13:45 - 01 İyun 2026

Nizami rayonunda şəhid və qazi övladları üçün bayram tədbiri keçirildi - FOTOLAR

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.


Manset.az xəbər verir ki, rəngarəng bayram proqramı çərçivəsində uşaqlar əyləncəli attraksionlarda şənlənib, müxtəlif oyun elementlərindən istifadə edərək xoş və yaddaqalan anlar yaşayıblar.

Şəhid ailələrinin üzvləri və qazilər göstərilən hərtərəfli diqqət, mənəvi dəstək və daimi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda balacalara müxtəlif bayram hədiyyələri təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az