Qeyri-müntəzəm vaxtlarda qidalanmaq depressiya riskini əhəmiyyətli dərəcədə artırır. Araşdırmada 2014-2022-ci illər ərzində 21 mindən çox yetkin şəxsin məlumatları təhlil olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nəticələr göstərir ki, əsas yeməklərini nizamsız vaxtlarda qəbul edən şəxslərdə depressiv simptomların yaranma ehtimalı müntəzəm qidalananlarla müqayisədə 55 faiz daha yüksəkdir. Xüsusilə, səhər yeməyini buraxanlar, siqaret çəkənlər və gec saatlarda yemək yeyənlər daha yüksək risk qrupunda yer alırlar.
Tədqiqatçılar bildirirlər ki, qeyri-müntəzəm qidalanma orqanizmin bioloji saatını pozaraq hormonal balanssızlığa və əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər. Həmçinin bu vərdiş B vitaminləri, lif və antioksidantlar kimi vacib qida maddələrinin çatışmazlığı ilə də əlaqələndirilir.
Mütəxəssislər qeyd edirlər ki, müntəzəm yemək rejimi, xüsusilə səhər yeməyindən imtina etməmək və balanslı qidalanmaq depressiya riskinin azaldılmasına kömək edə bilər.