“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Bakı şəhəri 2 saylı Uşaq evi sosial xidmət müəssisəsi ziyarət olunub.
Manset.az xəbər verir ki, ziyarətdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru, ərazi partiya təşkilatının sədri Elviz Qasımov, YAP Yasamal rayon təşkilatının və Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları, partiyanın könüllüləri iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, uşaqlar hər bir xalqın gələcəyi, dövlətin ən qiymətli sərvəti və sabahın qurucularıdır. Azərbaycanda uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, uşaqların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Çıxışda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan humanitar proqramların minlərlə uşağın həyatında müsbət dəyişikliklər yaratdığı vurğulanmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən uşaq evləri və internat məktəblərinin yenidən qurulması, uşaqların təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Sonda uşaqlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edilmiş, onlara möhkəm cansağlığı, xoşbəxt gələcək, uğurlu təhsil və firavan həyat arzulanmışdır.
Çıxışdan sonra Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqdimatında konsert proqramı təqdim edilib.
Sonda uşaqların bayramları təbrik edilərək onlara hədiyyələr təqdim edilib.