Həftədə 2 saata qədər ağırlıq məşqi ömrü uzadır - Araşdırma

22:04 - 04 İyun 2026

Həftədə 2 saata qədər ağırlıq məşqi ömrü uzadır - Araşdırma

Yeni araşdırmaya görə, həftədə 90 dəqiqədən 2 saata qədər ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskini azalda bilər.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 147 mindən çox insanın 30 il ərzində izlənildiyi tədqiqatda müəyyən olunub ki, müntəzəm güc məşqləri edənlərdə vaxtından əvvəl ölüm riski 13 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 19 faiz daha aşağıdır. Demans və digər nevroloji xəstəliklərdən ölüm riski isə 27 faiz azalıb.

Tədqiqatçılar bildiriblər ki, ən böyük fayda aerobik məşqlərlə yanaşı, ağırlıq məşqləri edən insanlarda müşahidə olunub. Bununla yanaşı, həftədə 2 saatdan çox güc məşqi etməyin əlavə sağlamlıq üstünlüyü yaratmadığı qeyd olunub.

Mütəxəssislər vurğulayırlar ki, müntəzəm müqavimət məşqləri əzələ və sümük sağlamlığını qorumaqla yanaşı, yıxılma riskini də azaldır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az