Skoliozun ilkin əlamətləri hansılardır?

22:43 - 05 İyun 2026

Skoliozun ilkin əlamətləri hansılardır?

Onurğanın yanlara əyilməsi ilə xarakterizə olunan skolioz uşaqlarda və yeniyetmələrdə geniş yayılan, lakin çox vaxt gec aşkarlanan xəstəliklərdən biridir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, bir çiyinin digərindən daha yüksək görünməsi, kürək sümüyünün qabarıq olması və ya beldə asimmetriya skoliozun erkən əlamətləri ola bilər.

Onurğa cərrahı Prof. Dr. Mehmet Aydoğanın sözlərinə görə, xəstəlik əksər hallarda ağrı vermədiyi üçün ailələr tərəfindən gec fərq edilir. Erkən diaqnoz isə breket, xüsusi məşqlər və digər müalicə üsulları ilə uğurlu nəticələr əldə etməyə imkan yaradır.

Mütəxəssislər xüsusilə 10-16 yaş arası uşaqların ildə ən azı bir dəfə onurğa müayinəsindən keçirilməsini tövsiyə edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az