ABŞ-dəki Kolumbiya Universitetinin apardığı və "Nature" jurnalında dərc olunan araşdırma sağlamlıq üçün ən uyğun yuxu müddətini müəyyən edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təxminən 500 min nəfərin iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən, gecə 6-7 saat keyfiyyətli yuxu orqanizmin sağlam fəaliyyəti üçün optimal hesab olunur.
Alimlər bildirirlər ki, həm az, həm də həddindən artıq yuxu beyin, ürək və immun sistemi daxil olmaqla bir çox orqanın daha sürətli qocalmasına səbəb ola bilər.
Mütəxəssislər keyfiyyətli yuxu üçün yataq otağının sərin, sakit və qaranlıq olmasını, həmçinin yatmazdan əvvəl telefon istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirlər. Araşdırmada qadınların kişilərdən orta hesabla 15 dəqiqə daha çox yuxuya ehtiyac duyduğu da qeyd olunub.