Mütəxəssislər yaşla əlaqədar beyin funksiyalarının zəifləməsinin qarşısını almaq üçün orientasiya məşqləri etmək, sosial aktivliyi artırmaq və yeni bacarıqlar öyrənməyi tövsiyə edirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, psixoloq Alan Gow fiziki, sosial və zehni fəaliyyətlərdə kiçik dəyişikliklərin belə beynin sağlam qalmasına kömək edə bildiyini qeyd edirlər.
Araşdırmalar göstərir ki, məkan yaddaşını inkişaf etdirən fəaliyyətlər, o cümlədən xəritədən istifadə etmədən istiqamət tapmaq və orientasiya məşqləri Alzheimer riskini azaltmağa təsir edir.
Alimlər həmçinin sosial əlaqələrin güclü olmasının idrak zəifləməsi və demensiya riskini 30-50 faiz azaltdığını vurğulayırlar. Mütəxəssislərin fikrincə, aktiv sosial həyat və davamlı öyrənmə beyin sağlamlığının qorunmasında mühüm rol oynayır.