Ev heyvanı saxlamaq stress yaradır

22:44 - 08 İyun 2026

Ev heyvanı saxlamaq stress yaradır

Ev heyvanları insanların psixoloji sağlamlığına müsbət təsir göstərsə də, onların qayğısı və məsuliyyəti ciddi stress mənbəyinə çevrilə bilər.


Manset.az-ın xarici mediaya istinadən məumatına görə, pişik və itlər tənhalığı azaltmağa, sosial əlaqələri gücləndirməyə, zehni sağlamlığı dəstəkləməyə kömək edir. Xüsusilə, tək yaşayan şəxslər və yaşlılar üçün ev heyvanları mühüm sosial dəstək rolunu oynayır.

Bununla yanaşı, mütəxəssislər gündəlik qayğı, sağlamlıq problemləri, baytarlıq xərcləri və itki qorxusunun sahiblər üçün əlavə psixoloji yük yaratdığını bildirirlər. ABŞ-də aparılan sorğunun nəticələrinə görə, ev heyvanı sahiblərinin 47 faizi onları evdə tək qoyarkən narahatlıq hiss etdiklərini deyib. Respondentlərin 41 faizi ev heyvanlarını tək qoymamaq üçün sosial tədbirlərdən imtina etdiyini, 70 faizi isə onlarla daha çox vaxt keçirmək məqsədilə uzaqdan işləməyə üstünlük verdiyini bildirib.

Mütəxəssislər qeyd edirlər ki, ev heyvanlarının ömrünün insanlardan daha qısa olması da sahiblərdə dərin kədər və itki hissi yarada bilir. Buna görə də onlar ev heyvanları ilə keçirilən vaxtın daha şüurlu və keyfiyyətli dəyərləndirilməsini tövsiyə edirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az