logo
logo logo
logo

Masallıda 7 kiloqramdan artıq narkotik aşkarlandı

15:51 - 09 İyun 2026

Masallıda 7 kiloqramdan artıq narkotik aşkarlandı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.


Manset.az xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş, 43 yaşlı Cavat Qasımov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az