"Manset.az" xəbər portalı bu gün beş yaşını qeyd edir.
Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri oxuculara təqdim edir. "Manset.az"ın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində, sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir.
Saytın həmtəsisçiləri tanınmış jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.
Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir.
Gündəmin nəbzini tutan, eksklüziv xəbərləri, özəl açıqlamaları və müsahibələri ilə seçilən “Manset.az” təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan oxucular tərəfindən də izlənir.