Bir ay əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunan Azər Əhmədova yeni vəzifə verilib.
Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, o, “Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.
Qeyd edək ki, A.Əhmədov mayın 12-də Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
Həkim daha əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.