logo
logo logo
logo

Həmin şagird hoteldə ölübmüş

14:15 - 12 İyun 2026

Həmin şagird hoteldə ölübmüş

Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.

Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az