logo
logo logo
logo

Bakı Limanında quru yük aşırılması 77% artıb

16:03 - 12 İyun 2026

Bakı Limanında quru yük aşırılması 77% artıb

Bu ilin yanvar-may ayları ərzində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-də aşırılan quru yükün həcmi 950 203 ton təşkil edib.


Manset.az Bakı Limanına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 77 % çoxdur.

Aşırılan yüklərin əsas hissəsini Türkmənistandan gətirilərək Azərbaycan üzərindən tranzit daşınan kükürd və karbamid təşkil edib. Bununla yanaşı, Qazaxıstandan ixrac olunan mis, sink və digər əlvan metal məhsullarının daşınmasında da Bakı Limanının rolu əhəmiyyətli dərəcədə artıb.

Mövcud tendensiya və bazar iştirakçılarının yükdaşıma planları nəzərə alınaraq, növbəti aylarda da quru yük seqmentində artım dinamikasının davam edəcəyi proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az