logo
logo logo
logo

Keçmiş məhkum 5 min dollar oğurladı - Saxlanıldı

11:50 - 13 İyun 2026

Keçmiş məhkum 5 min dollar oğurladı - Saxlanıldı

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az