“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
Manset.az xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib:
“Bu dünyadan bir mələk köçdü. Mənim saf, sevgi dolu, gözəllər gözəli, Merim. Artıq necə yaşayacağımı bilmirəm, qəlbimdə elə ağrı-acı var ki, ölənədək qalacaq. İnanmaq, qəbullanmaq istəmirəm, birinin məni bu yuxudan oyatmağını gözləyirəm. Ruhun şad olsun mənim həyatım, gözəl bacım, balaca balam…”
O əlavə edib ki, dəfn mərasimi 16 iyunda Gəncədə baş tutacaq.