logo
logo logo
logo

İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu

20:53 - 16 İyun 2026

İlon Mask yeni tarix yazdı: \"SpaceX\" \"Amazon\"u geridə qoydu

İlon Maska məxsus "SpaceX" şirkətinin bazar kapitallaşması çərşənbə axşamı ticarətin açılışından etibarən 10%-dən çox artıb.


Manset.az xəbər verir ki, hazırda şirkətin bazar dəyəri təxminən 2.8 trilyon dollar təşkil edir.

Bununla da "SpaceX" dünyanın ən bahalı şirkətləri siyahısında beşinci pilləyə yüksələrək "Amazon"u geridə qoyub.

"SpaceX" iyunun 12-də "Nasdaq" texnologiya birjasında ilkin kütləvi yerləşdirmə (IPO) həyata keçirib. Şirkət hər biri 135 dollar qiymətində olmaqla ümumilikdə 555.6 milyon dollar dəyərində adi səhm satıb. Ticarətin başlanğıcında şirkətin bazar dəyəri 1.77 trilyon dollar olaraq qiymətləndirilib.

İki gün sonra isə "SpaceX" səhmlərinin qiyməti 199.15 dollara yüksəlib.

Qeyd olunur ki, "SpaceX"in IPO-sundan sonra İlon Mask dünyanın ilk trilyonçusu olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az