logo
logo logo
logo

Yayda iştahımız niyə olmur? - Həkim səbəbləri açıqladı

01:30 - 07 İyul 2026

Yayda iştahımız niyə olmur? - Həkim səbəbləri açıqladı

İsti yay günlərində iştahasızlıq fonunda mühüm qida elementlərinin qəbulunun azalması insanın iş qabiliyyətinin düşməsi, halsızlıq və diqqət dağınıqlığı kimi hallarla nəticələnə bilər.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə həkim-ginekoloq, endokrinoloq, klinik nutrisioloq Natalya Firsova bildirib.

Mütəxəssisin sözlərinə görə, isti havada iştahanın azalması orqanizmin təbii fizioloji reaksiyasıdır. Ağır yeməklərin həzm olunması üçün əlavə enerji tələb olunur və bu proses istilik hasilatı ilə müşayiət olunur, yüksək temperatur şəraitində isə orqanizm termorequlyasiyanı saxlamağa fokuslanır.

"Məhz buna görə yayda bir çoxu yağlı yeməklər, ağır xörəklər və böyük porsiyalar yemək istəmir. İstidə iştahanın azalması fizioloji normadır", - deyə Firsova izah edib.

Lakin problem o zaman yaranır ki, insan təkcə qidanın həcmini deyil, həm də bədən üçün mühüm əhəmiyyət kəsb edən zülal, vitamin, mineral və su qəbulunu məhdudlaşdırır. Bunun yekununda isə enerji qıtlığı, səhhətdə yaranan narahatlıqlar və işgüzarlığın aşağı düşməsi kimi əlamətlər müşahidə oluna bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az