logo
logo logo
logo

II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı - Abituriyentləri nə gözləyir?  

17:45 - 07 İyul 2026

II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı - Abituriyentləri nə gözləyir?  

2026-cı il iyulun 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Hazırda minlərlə abituriyent imtahan nəticələrinin açıqlanmasını və ixtisas seçimi mərhələsinin başlanmasını gözləyir.


Təhsil üzrə mütəxəssislərin fikrincə, məhz nəticələrin elan olunmasından sonra veriləcək qərarlar gələcək karyera baxımından mühüm rol oynayır. Abituriyentlər yalnız topladıqları bala deyil, həm də gələcək peşə perspektivlərinə uyğun seçim etməlidirlər.

Son illərdə Azərbaycandan xaricdə təhsilə maraq da əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Türkiyənin dövlət universitetləri azərbaycanlı tələbələr arasında ən çox üstünlük verilən istiqamətlərdən biri olaraq qalır. Tibb, diş həkimliyi, əczaçılıq, mühəndislik, iqtisadiyyat və digər ixtisaslar üzrə hər il çoxsaylı tələbələr təhsillərini Türkiyədə davam etdirməyi seçirlər.

Bununla bağlı Master Study təhsil mərkəzindən Manset.az-a bildirilib ki, nəticələr açıqlandıqdan sonra abituriyentlər və valideynlər üçün ödənişsiz fərdi konsultasiyalar təşkil olunacaq. Məqsəd hər bir abituriyentin topladığı nəticəyə uyğun ən optimal təhsil yolunu müəyyənləşdirməkdir.

Mərkəzdən verilən məlumata görə, konsultasiyalar zamanı aşağıdakı istiqamətlər üzrə məlumat təqdim olunacaq:

* Türkiyənin dövlət universitetlərində təhsil imkanları;

* Tibb, diş həkimliyi, əczaçılıq və digər ixtisaslar üzrə qəbul şərtləri;

* Universitet və ixtisas seçimi;

* Sənədləşmə prosesi;

* Viza və tələbə qeydiyyatı.

Master Study nümayəndələri qeyd edirlər ki, qəbul nəticəsinin gözlənilən səviyyədə olmaması ali təhsil imkanlarının tükənməsi demək deyil. Müxtəlif ölkələrdə və universitetlərdə fərqli qəbul imkanları mövcuddur və düzgün istiqamətləndirmə ilə tələbələr öz gələcək təhsil planlarını uğurla qura bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az