logo
logo logo
logo

Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar

22:15 - 12 İyul 2026

Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar

IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar.


Manset.az xəbər verir ki, qonaqlara küçədə həyata keçirilən tikinti və abadlıq işləri, həmçinin burada yaradılan müasir infrastruktur barədə məlumat verilib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.


    Sözügedən küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib.Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az