logo
logo logo
logo

Gecələr yata bilməyənlərin nəzərinə

08:30 - 13 İyul 2026

Gecələr yata bilməyənlərin nəzərinə

Yuxuya getməkdə çətinlik çəkən və hər gecə "Yenə yata bilməyəcəyəm" düşüncəsi ilə narahat olan insanların yuxu narahatlığı (sleep anxiety) ilə üzləşə biləcəyi bildirilir.

Manset.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yuxusuz qalmaq qorxusu zaman keçdikcə yuxunun keyfiyyətini daha da pisləşdirə və insanı qapalı bir narahatlıq dövrünə sala bilər. Bu vəziyyət vaxtında müəyyən edilmədikdə həm yuxu rejiminə, həm də gündəlik həyata mənfi təsir göstərir.

Qeyd olunur ki, yuxu narahatlığı insanın yuxuya gedə bilməyəcəyi və ya kifayət qədər dincəlməyəcəyi ehtimalı ilə bağlı güclü narahatlıq keçirməsi ilə xarakterizə olunur. Problem əksər hallarda yuxusuzluğun özü deyil, məhz yuxusuz qalmaq qorxusudur. Bu narahatlıq yuxuya getməyi daha da çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, yuxu narahatlığının əsas əlamətləri arasında yatmaq vaxtı yaxınlaşdıqca narahatlığın artması, "Bu gecə də yata bilməyəcəyəm" fikrinin təkrarlanması, ürəkdöyünmə, tez-tez saata baxmaq, yuxuya getməyin uzun çəkməsi, gecə ərzində dəfələrlə oyanmaq və səhər yorğun oyanmaq yer alır.

Onların sözlərinə görə, bu vəziyyətin yaranmasına gərgin iş rejimi, maddi və ailə problemləri, həyatda baş verən mühüm dəyişikliklər, nizamsız yuxu rejimi, axşam saatlarında kofein və nikotin qəbulu, eləcə də yatmazdan əvvəl uzun müddət telefon və kompüter ekranından istifadə səbəb ola bilər.

Mütəxəssislər yuxu narahatlığının aradan qaldırılması üçün hər gün eyni saatda yatıb oyanmağı, axşam saatlarında kofein qəbulunu azaltmağı, yatmazdan əvvəl ekran istifadəsini məhdudlaşdırmağı, nəfəs və rahatlama məşqlərindən istifadə etməyi tövsiyə edirlər. Həmçinin gecə ərzində saata tez-tez baxmamağın da narahatlığı azaltmağa kömək etdiyi vurğulanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az