Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğıları ilə mütəmadi maraqlanır, problemlərinin həlli istiqamətində mühüm addımlar atır.
Manset.az xəbər verir ki, 14 iyul 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qəsəbə sakinləri Ərkivan qəsəbəsində Tovuz döyüşləri şəhidi mayor, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Anar Novruzovun 6-cı ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, abidəsi önünə tər gül dəstələri düzmüş və əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.