14 iyul 2026-cı il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev rayonun Ərkivan qəsəbəsində Tovuz döyüşləri şəhidi Anar Novruzovun 5-ci anım günündə müharibə əlilləri ilə görüşmüş onların qayğıları ilə maraqlanıblar.
Manset.az xəbər verir ki, müharibə əlilləri və iştirakçıları onlara göstərilən dövlət qayğısı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildiriblər.