logo
logo logo
logo

Bazar günü hava necə olacaq?

12:45 - 08 Avqust 2026

Bazar günü hava necə olacaq?

Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti,  dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az