logo
logo logo
logo

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

12:35 - 09 Avqust 2026

Leysan yağacaq, dolu düşəcək - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az