logo
logo logo
logo

Yüksək maaş təklif etdi - Aşpaz tapılmadı

17:35 - 10 Avqust 2026

Yüksək maaş təklif etdi - Aşpaz tapılmadı

Türkiyənin Artvin bölgəsində 100 min TL  (təxminən 3 900 AZN) maaşa aşpaz tapılmır.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Artvinin mühüm turizm mərkəzlərindən olan Şavşat Karagöldə obyekt işlədən Atıf Çiçək yay mövsümündə artan sıxlıq səbəbindən aşpaz axtarışına başlayıb. Çiçək müxtəlif platformalarda 100 min TL maaş təklif etməsinə baxmayaraq, işləyəcək aşpaz tapa bilmədiyini bildirib.

Verdiyi elanlardan gözlədiyi nəticəni ala bilmədiyini bildirən Çiçək yüksək maaş təklifinin də işçi problemini həll etmədiyini qeyd edib.

“Məncə, ölkəmizdə iş problemi yoxdur, iş seçmək problemi var. 100 min TL maaş verməyimizə baxmayaraq, aşpaz tapa bilmirik.”

Şavşat Karagöldə turizm mövsümünün ən sıx dövrlərindən birinin yaşandığı bir vaxtda ortaya çıxan bu vəziyyət turizm və xidmət sektorunda ixtisaslı işçi çatışmazlığını yenidən gündəmə gətirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az