logo
logo logo
logo

Lənkəranda biabırçı mənzərə - VİDEO

12:31 - 11 Avqust 2026

Lənkəranda biabırçı mənzərə - VİDEO

Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafdakı insanlarla yanaşı, şəhərə gələn qonaqları da narahat edir.


Manset.az xəbər verir ki, bloqer Kamran Razmovar video paylaşaraq Lənkərandakı acınacaqlı vəziyyəti nümayiş etdirib.

O bildirib ki, hər gün yandırılan poliqondan qalxan tüstü və üfunət qoxusu ətraf mühitə zərər vurmaqla yanaşı, insanların rahatlığını pozur.

Qeyd edək ki, bu zibil poliqonu 1980-ci ildə yaradılıb. Lənkəran Şəhər İcra Hakimiyyəti 2020-ci ildə məlumat yayaraq 2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisinin nəzərdə tutulduğunu bildirib. Həmin vaxt qeyd edilib ki, zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m³ olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq. Lakin geridə qalan müddətdə bu istiqamətdə hər hansı addım atılmayıb.

Sözügedən görüntüləri təqdim edirik:




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az