"Krosna" qrupunun solisti Seymur Allahverdiyev vəfat edib.
Manset.az xəbər verir ki, 1996-cı il təvəllüdlü sənətçinin meyiti ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz dəniz ərazisində aşkarlanıb.
Seymur Allahverdiyevin meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Onun vəfatı barədə məlumatı "Krosna" qrupu ilə əməkdaşlıq edən bloqer Ləman Rüstəmi də sosial şəbəkə hesabında paylaşıb.