logo
logo logo
logo

Bəzi rayonlara yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

10:38 - 16 Avqust 2026

Bəzi rayonlara yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.


Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 10:00 olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə alınıb.

Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən, Gədəbəydə duman müşahidə olunur, görünüş 500 m-dək məhdudlaşır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21, Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti müşahidə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az