logo
logo logo
logo

Mədəaltı vəzi xərçəngində inqilabi YENİLİK

12:56 - 16 Avqust 2026

Mədəaltı vəzi xərçəngində inqilabi YENİLİK

Onkologiya sahəsində mədəaltı vəzi xərçənginin müalicəsi ilə bağlı mühüm nəticələr açıqlanıb.


Manset.az xəbət verir ki, 2026-cı il ASCO konfransında təqdim olunan araşdırmanın nəticələrinə görə, daha əvvəl müalicə almış metastatik mədəaltı vəzi xərçəngi xəstələrində yeni hədəfli preparat daraxonrasib ümidverici nəticə göstərib. 

Preparat qəbul edən xəstələrdə ümumi sağqalma müddəti 13,2 ay, kimyaterapiya alanlarda isə 6,7 ay olub. Bu isə ölüm riskinin təxminən 60 faiz azalması deməkdir. 

Nəticələrin açıqlanması ASCO konfransında böyük maraqla qarşılanıb və salondakı onkoloqlar 40 saniyədən çox ayaqüstə alqışlayıblar.

Mütəxəssislər bu nəticəni metastatik mədəaltı vəzi xərçənginin müalicəsində mühüm irəliləyiş kimi qiymətləndirirlər. Bununla belə, bu, xəstəliyin tam müalicəsinin tapıldığı anlamına gəlmir. Əsas əhəmiyyət xəstələrin yaşam müddətinin əhəmiyyətli dərəcədə uzadılmasıdır.

Qeyd edək ki, ASCO - Amerika Klinik Onkologiya Cəmiyyətidir. Xərçəngin müalicəsi və tədqiqi üzrə dünyanın ən nüfuzlu onkoloji təşkilatlarından biridir və hər il mühüm elmi nəticələrin təqdim olunduğu beynəlxalq konfrans keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az