logo
logo logo
logo

"Green Card" uddu - Rəhbər vəzifəsindən getdi

10:13 - 21 Avqust 2026

\"Green Card\" uddu - Rəhbər vəzifəsindən getdi

Xəbər verdiyimiz kimi, Ravil Tağıyev Yeni Klinikanın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılıb. 


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, Yeni Klinikadakı işindən öz xahişi ilə azad olunub.

İşdən ayrılmasına qərar verməsinin iki başlıca səbəbinin olduğunu vurğulayan Ravil Tağıyev bildirib ki, böyük övladı bu ildən ABŞ-nin Florida ştatında ali təhsil almağa başlayır. Özü isə hələ ötən ilin may ayında “Green Card” proqramının qalibi olub. Buna görə də o, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazıb:

“İyulun 31-də rəhbərlik mənim ərizəmə müsbət cavab verib. Baxmayaraq ki, klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə Yeni Klinika deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə gədər işlədiyim Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib və hər üç qurumun rəhbərliyindən də çox məmnunam”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az