logo
logo logo
logo

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq

17:50 - 31 Avqust 2026

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, eləcə də Xəzər rayonunun Türkan–Hövsan şossesində və Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparır.


Manset.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

"Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə agentlik bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az