Vəfa Şərifova və qardaşının Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürülməyib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Tovuz Rayon Məhkəməsi qərar qəbul edib.
Məhkəmə şikayəti əsassız hesab edərək icraata götürməyib.
Manset.az-a açıqlama verən Afət Fərmanqızının vəkili, “Medleks” Vəkil Bürosunun vəkili Əli Kərimli də məlumatı təsdiqləyib.
Qeyd edək ki, Vəfa Şərifova və qardaşı Afət Fərmanqızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdilər.